• $
  • €
  • ₽
  • ₺
  • £

Əlilliyi olan uşaqlar Heydər Əliyev Fondunun dəstəyi ilə “Dubay Ekspo”da çıxış etdi - Fotolar

Əlilliyi olan uşaqlar Heydər Əliyev Fondunun dəstəyi ilə “Dubay Ekspo”da çıxış etdi - Fotolar
04.01.2022 14:49
"Dubay Ekspo 2020” ümumdünya sərgisindəki Azərbaycan pavilyonunda "DanceAbility Azerbaijan” İnklüziv Performans Şirkətinin "Bədənimin danışacaq hekayəsi var” rəqs tamaşası nümayiş etdirilib.
 
Tamaşa Heydər Əliyev Fondu və UNICEF-in dəstəyi ilə baş tutub.
 
Heydər Əliyev Fondu ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında ötən ilin dekabrında Anlaşma Memorandumu imzalanıb. Memorandum 2025-ci ilin sonunadək Azərbaycanda uşaqların erkən uşaqlıq dövründə inkişafı, inklüziv təhsil, yeniyetmə və gənclərin inkişafı sahəsində müxtəlif layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bu istiqamətdə görülən işlər çərçivəsində əlilliyi olan uşaqlardan ibarət rəqs qrupunun "Dubay Ekspo”da konsert proqramı dünya sərgisinin ziyarətçiləri tərəfindən maraqla qarşılanıb.
 
"Dubay Ekspo 2020” dünya sərgisində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan milli pavilyonda mütəmadi olaraq müxtəlif sahələri əhatə edən tədbirlər və konsert proqramları keçirilir. Sərgi 2022-ci il martın 31-dək davam edəcək.





www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol