• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell ahıl yaşına çatmış abunəçilərinin xidmətində! - Fotolar

Azercell ahıl yaşına çatmış abunəçilərinin xidmətində! - Fotolar
29.01.2022 16:58
Azercell Könüllüləri” və şirkətin Mobil Müştəri Xidmətləri Müharibə və Əmək Əlilləri üçün pansionata səfər edib.

Anews.az xəbər verir ki, aparıcı mobil operator "Azercell Telekom”un öz əməkdaşlarından ibarət "Azercell Könüllüləri” xeyriyyə qrupu uzun illərdir ki, əhalinin daha həssas təbəqələri üçün müxtəlif təşəbbüslərlə çıxış edərək fərqli yaş qrupundan olan insanlara öz qayğısını göstərməkdə davam edir.

Bu dəfə "Azercell Könüllüləri” öz sovqatları ilə Bilgəh qəsəbəsində yerləşən 9 saylı Müharibə və Əmək Əlilləri üçün Pansionata səfər edib. Könüllülərin həmin sosial xidmət mərkəzinə növbəti səfəri zamanı onları Azercell Mobil Müştəri Xidmətləri də müşayiət edib.
Beləliklə, özünün yeni "Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!” strateji məqsədi ilə Azercell komandası pansionatda məskunlaşmış təqaüdçü abunəçilərinin rabitə ehtiyaclarını qarşılamaq, onlara bu xidmətlərdən daha rahat şəkildə faydalanmağı mümkün etmək kimi təşəbbüslə çıxış etdi.
Ölkədə ilk dəfə olaraq pansionat sakinlərinə yerində və tam təmənnasız xidmət göstərərək Azercell Mobil Müştəri Xidmətləri gün ərzində 50-dən artıq təqaüdçüyə 30-dan çox müştəri əməliyyatı həyata keçirib, yaxınları ilə daha rahat əlaqə yaratmaq üçün mobil telefonun müxtəlif funsksiyalarından yararlanmaqda yardımçı olub.
Qeyd etmək lazımdır ki, səfər zamanı bir qayda olaraq Azercell-in Müştəri Xidmətləri Mərkəzlərində göstərilən bütün növ xidmət və əməliyyatlar, o cümlədən yeni təsis, sim kartın dəyişdirilməsi və nömrənin bərpası kimi əməliyyatlar həyata keçirildi. Ahıl yaşlı həmvətənlərimizi rabitə xidmətləri vasitəsilə dünyaya daha yaxın etmək məqsədilə təşkil olunmuş bu təşəbbüsdən pansionat sakinləri çox razı qaldıqlarını söyləyərək Azercell əməkdaşlarına öz minnətdarlıqlarını ifadə etdilər.
Xatırladaq ki, bundan öncə Azercell Mobil Müştəri Xidmətləri mobil rabitə təminatçıları arasında ilk dəfə olaraq Şuşaya səfər edərək iki gün ərzində hərbçilər, tibbi heyət və Şuşa şəhərinin bərpasında iştirak edən digər işçi heyəti üçün pulsuz rabitə xidmətləri həyata keçirib və növbəti aylar ərzində işğaldan azad olunmuş digər bölgələrə də səfər etməyi planlaşdırır.
"Azercell Könüllüləri" xeyriyyə qrupu da şirkətin digər xidmət strukturları ilə birgə əhalinin daha həssas, daha çox qayğıya ehtiyacı olan təbəqələri üçün bundan sonra da yeni sosial təşəbbüslər həyata keçirməyi qarşısına məqsəd qoyub



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol