• $
  • €
  • ₽
  • ₺
  • £

Hacı Şahin nəzirlərin onlayn verilməsi məsələsindən DANIŞDI

Hacı Şahin nəzirlərin onlayn verilməsi məsələsindən DANIŞDI
31.01.2022 18:11
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli qanunvericiliyə dini qurumlara ianə edilmiş pul vəsaitləri ilə bağlı dəyişiklik təklifinə münasibət bildirib.

Hacı Şahin APA-ya açıqlamasında deyib ki, nəzir qutusundan yığılan vəsait əsasən dini icmaların fəaliyyətinə yönəldilir.

"Bizim məsciddə əvvəldən nəzir qutusu olmayıb. Onun adı "nəzir qutusu” kimi gedir, amma bu, insanların könüllü ianəsidir. Ümumiyyətlə dini icmalar ianələr hesabına fəaliyyət göstərir. Müasir dövrdə bunun bank hesabları ilə, onlayn qaydada edilməsi normal haldır. Pandemiya vaxtı bizim icmaya yardımlar məhz köçürmələr vasitəsilə olurdu. Xaricdə yaşayan vətəndaşlar da dəstəklərini bu cür ifadə edirdilər”, - deyə o vurğulayıb.

Hacı Şahin Həsənli qeyd edib ki, bu həm şəffaflığı təmin edəcək, həm də müasir dövrün tələbləri ilə uzlaşır: 
"Ona görə də hesab edirəm ki, bu, normal haldır. Əgər icmalar prosesə nəzarət edəcəklərsə, proses şəffaf icra olunacaqsa, bu, insanlar üçün də bir arxayınlıq yaradacaq ki, ödədikləri vəsait lazımı istiqamətdə xərclənəcək”.

Qeyd edək ki, "Dini etiqad azadlığı haqqında” qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik layihəsində qeyd edilib ki, Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edəcək.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol