• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynada Azərbaycana məxsus 30-a yaxın yük avtomobili var

Ukraynada Azərbaycana məxsus 30-a yaxın yük avtomobili var
26.02.2022 18:49
Ukraynada münaqişə baş verən ərazilərdə Azərbaycana məxsus 30-a yaxın yük nəqliyyat vasitəsi var ki, onlar beynəlxalq yükdaşımaları icra edir, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyasının (ABADA) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Ruslan Eldaroğlu məlumat verib.

O bildirib ki, ABADA yükdaşıyıcı şirkətlərdən həmin sürücülər və nəqliyyat vasitələri ilə bağlı bütün məlumatları əldə edib.

"Hazırda ABADA-nın nəzdində yaradılan xüsusi komissiya həmin sürücülərlə gündəlik əlaqədədir və onların qayğıları, problemləri ilə maraqlanılır. Qeyd etmək istəyirəm ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti və ABADA olaraq bu işlərlə koordinasiyalı şəkildə məşğuluq və aidiyyəti qurumlar vasitəsilə həmin sürücülərin digər ölkələr vasitəsilə çıxarılaraq Azərbaycana gətirilməsi istiqamətində işlər görülür. Azərbaycana məxsus yük nəqliyyat vasitələri daha çox paytaxt Kiyevdə, Odessada və Xarkov şəhərləri ətrafında cəmləşib. Onu da əlavə edək ki, sürücülər arasında hər hansısa bir xəsarət faktı qeydə alınmayıb, onlar sağ-salamatdırlar" - deyə o qeyd edib.


















www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol