• $
  • €
  • ₽
  • ₺
  • £

Şuşa və Ağdam şəhərlərinə səfər etmək istəyənlərin NƏZƏRİNƏ

Şuşa və Ağdam şəhərlərinə səfər etmək istəyənlərin NƏZƏRİNƏ
14.03.2022 18:41
Şuşa və Ağdam şəhərlərinə müntəzəm avtobus reyslərinə aprel ayına olan biletlər satışa çıxarılıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, sərnişinlər biletləri "Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) vasitəsilə onlayn qaydada ala bilərlər.
Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. Bu günə qədər 64 reys həyata keçirilib, 2 800-dən çox sərnişin daşınıb.

Marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəlində müəyyən dəyişiklik edilib, Bakı–Ağdam-Bakı istiqamətində əlavə reysin açılması qərara alınıb. Aprel ayından etibarən sərnişinlər Bakı – Ağdam – Bakı istiqamətində bazar günləri də səfər edə biləcəklər.

Martın 13-də Bakıdan Şuşa istiqamətində müntəzəm reys həyata keçirən avtobusun geri dönüşü güclü qar və yolların buz bağlaması ilə əlaqədar sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün təxirə salınıb. Onların Şuşada qalmasına şərait yaradılıb. Sərnişinlərin təhlükəsiz şəkildə geri dönmələri təmin edilib.

Həmçinin hava şəraiti ilə əlaqədar sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə 15 və 16 mart tarixlərində Əhmədbəyli – Şuşa – Əhmədbəyli reysləri təxirə salınıb. Həmin reyslər 7 və 8 aprel tarixlərində həyata keçiriləcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol