Həbsdə olan əri üçün telefon keçirmək istədi - Foto

Bakıda qadın həbsdə olan həyat yoldaşına mobil telefon keçirmək istəyib, bu barədə Penitensiar xidmətdən məlumat verilib.
Hadisə Bakı İstintaq Təcridxanasında qeydə alınıb.
Ağdaş sakini Nərmin Babayeva həbsdə olan əri Rahib Babayevlə qısamüddətli görüşə gəlib. Onun şəxsi əşyalarına və üzərinə baxış keçirilən zaman, pul kisəsinin içərisində gizlədilmiş daxilində danışıq kartları olan mobil telefon aşkar edilib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























