Müəmmalı şəkildə ölən şəxs həbsdən yeni çıxıbmış - Təfərrüat

Lənkəran rayonunda iki həftədir axtarılan 39 yaşlı kişinin meyitinin tapılıb.
Onun meyiti ötən gün qəsəbə sakinlərindən biri, uzun müddətdir yaşayış olmayan Nəzakət Abdullayevaya məxsus evin həyətində aşkar edilib. Bundan dərhal sonra hüquq-mühafizə orqanlarına məlumat verilib və araşdırmalara başlanılıb.
Elşən Məmmədovun hansı səbəbdən və hansı şəraitdə ölməsi rayon prokurorluğunda aparılan araşdırmalardan sonra məlum olacaq.
www.anews.az
























