İndiyə kimi Şuşa və Ağdama nə qədər adam səfər edib? - RƏSMİ

Yanvarın 24-dən bu günə qədər Şuşa və Ağdama ümumilikdə 108 reys həyata keçirilib, bu barədə anews.az-ın sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Bu müddət ərzində Şuşa və Ağdama 4223 vətəndaş səfər edib.
Əhmədbəyli-Şuşa üzrə həftədə dörd dəfə, digər istiqamətlərdə isə həftədə iki dəfə avtobus reysləri açılıb. Bakı-Şuşa-Bakı üzrə biletin qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı üzrə biletin qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli üzrə biletin qiyməti yeddi manat, Bərdə-Ağdam-Bərdə üzrə biletin qiyməti beş manat, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa-Füzuli Beynəlxalq Hava Limanı üzrə isə biletin qiyməti altı manatdır. Bu qiymətlər yalnız bir istiqamətədir. Vətəndaşlar gediş-gəliş biletlərini eyni vaxtda almalıdırlar.
Biletlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq marşrut proqramı ilə inteqrasiya olunmaqla yaradılan www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada satılır.
www.anews.az
























