• $
  • €
  • ₽
  • ₺
  • £

Müdafiə Nazirliyi məlumat yaydı

Müdafiə Nazirliyi məlumat yaydı
14.04.2022 22:16
"Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələləri keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, zabitlərin mənəvi-psixoloji dayanıqlığının qorunması və bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən məşğələlərdə komandir heyəti müxtəlif mövzularda nəzəri dərslərdə iştirak edib.

Komandir hazırlığında "Günün nizam qaydaları”na uyğun bölmələrdə "qalx" komandasından "yat" komandasınadək şəxsi heyətin yerinə yetirdiyi tapşırıqlar və icra etdiyi fəaliyyətlər nümayiş etdirilib.

Məşğələlərdə səhra rabitə qovşağı və elementlərinin ərazidə yerləşdirilməsi, açılması, yaranmış mürəkkəb şəraitdə rabitənin təmini ilə bağlı tapşırıqların yerinə yetirilməsi praktiki olaraq göstərilib.

Məşğələlər zamanı "Artilleriya bölmələrinin fəaliyyəti” mövzusunda dərslər keçirilib və praktiki atış tapşırıqları icra edilib.
Komandir hazırlığının sonunda zabitlərin ümumqoşun, ixtisas, topoqrafiya və fiziki hazırlıq səviyyələri yoxlanılıb.

Məşğələlərin yekununda bölmələrin döyüş hazırlğının yüksəldilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol