• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərişıq” Salyanın iki kəndinin elektrik enerjisi sistemini yenidən qurub

“Azərişıq” Salyanın iki kəndinin elektrik enerjisi sistemini yenidən qurub
19.04.2022 23:30
"Azərişıq" ASC Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq 2022-ci ildən regionlarda başlanan yeni layihə çərçivəsində Salyanın Babacanlı qəsəbəsi və Kür Qaraqaşlı kəndinin elektrik şəbəkəsi yenidən qurulub.

Bu il ərzində ümumilikdə müxtəlif regionları əhatə edən 100-dən çox kənd və yaşayış məntəqəsinin elektrik enerji şəbəkəsi tamamilə yenidən qurulacaq..


"Bu kəndlərdə ötən əsrin 50-60-ci illərində qurulmuş enerji təsərrüfatı artıq yararsız vəziyyətdə idi. Babacanlı qəsəbəsində ümumilikdə 10 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. 13 km-dan çox 10 kV-luq, 28 km-a yaxın 0,4 kV-luq elektrik xətti yenilənib. 1 171 abonenti olan bu 2 yaşayış məntəqəsində elektrik sayğacları dəyişdirilib. Babacanlı qəsəbəsi və Kür Qaraqaşlı kəndi ilə yanaşı, Salyanın Beşdəli, Cəngən, Xocalı və Qardaşbəyli kəndləri də bu layihədə yer alıb", - məlumatda deyilir.


Yeni layihə çərçivəsində digər regionlarda da işlər davam edir. Elektrik şəbəkəsi yenidən qurulan növbəti kəndlər haqqında da qarşıdakı günlərdə əlavə məlumatlar veriləcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol