• $
  • €
  • ₽
  • ₺
  • £

Azərpoçt vətəndaşların pulunu niyə gec ödəyir? - RƏSMİ AÇIQLAMA

Azərpoçt vətəndaşların  pulunu niyə gec ödəyir? - RƏSMİ AÇIQLAMA
25.04.2022 18:25
"Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətin  filiallarının icra etdiyi əməliyyatladan biri də insanlara pul köçürmələri üzrə ödənişlərin ödənilməsidir. Amma müştərilər bu xidmətdən narazılıq edərək bildirir ki, hətta 100 manatlıq köçürməni belə almaq  üçün poct idarəsinə bir neçə dəfə getməli olurlar.
 
"Bir dostum mənə poçtla 100 manat pul köçürmüşdü. Ofisimin yanında olan poçt idarəsindən pulu almaq istəyəndə mənə bildirdilər ki, kassada bu qədər nəqd pul yoxdur. Dedilər ki, bir azdan pul yığılacaq və gəlib götürə bilərsiz. 3 saatdan sonra poçta gəldim və dostumun mənə köçürdüyü 100 manatı ala bildim. Axı niyə mən pulumu 3 saatdan sonra almalıyam? Bu düzgün yanaşma deyil",  -  adının anonim saxlanmasını istəyən Bakı sakinlərindən biri Anews.az-a ünvanladığı şikayətində bildirib.

"Azərpot" MMC-nin şöbə müdiri Afaq İbrahimova bir qism poçt idarələrində belə problemin olduğunu etiraf etdi və  pulun nağdlaşdırılması ilə bağlı çətinliklərə adətən kiçik şöbələrdə rast gəlindiyini bildirdi.  

"Daha böyük şöbələrdə və poçt filialları ilə bir binada yerləşən müştəri xidmətləri mərkəzlərində pul vəsaiti çatışmazlığı halları yaşanmır.
Vətəndaşlar, lazım olan məbləği nağdlaşdırmaq istəyərkən vəsait çatışmazlığı ilə üzləşdiyi zaman yerindəcə pulun alınması üçün poçt məntəqəsində nəqd pul sifariş verilir. "Azərpoçt” növbəti gün həmin məbləği təmin edir və vəsait müştəriyə təqdim olunur",  - İbrahimova bildirib.
 
Afaq İbrahimovanın sözlərinə görə, kiçik poct idarələrində də bu problemi həll etmək üçün müəyyən işlər görülür.
 
"Çətinliyin aradan qaldırılması üçün hazırda "Azərpoçt”  nağd pula daha çox tələbatı olan şöbələri müəyyənləşdirilir və onların təhlükəsizlik sistemləri audit edilir. Proses bitdikdən sonra bu şöbələrdə gündəlik pul qalığının limitinin artırılması ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət olunacaq",  -  "Azərpoçt" rəsmisi bildirib. 
 
Milli poçt operatoru olan "Azərpoçt" MMC 74 poçt filialı və poçt qovşağından, 1513 poçt şöbəsindən, 144 poçt agentliyindən ibarətdir. Tabeli poçt müəssisələrinin əksəriyyəti əhaliyə keyfiyyətli xidmət göstərmək üçün müasir texnika və avadanlıqlarla təchiz ediib. Poçtun daşınması üçün "Azərpoçt"  balansında 195 ədəd müxtəlif markalı avtomaşınlardan istifadə olunur.
 

Gülnar Nazimqızı


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol