• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən il bu qədər ailəyə ünvanlı dövlət sosial yardım verilib

Ötən il bu qədər ailəyə ünvanlı dövlət sosial yardım verilib
11.05.2022 19:00
Azərbaycanda keçən il üçün Ünvanlı Dövlət Sosial Yardımı (ÜDSY) alan ailələrin sayı açıqlanıb.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2021-ci il üzrə hesabatına istinadən xəbər verir ki, həmin dövrdə ÜDSY alanların sayı 47 min ailə və ya 202 min ailə üzvü olub.
 
Bir ailəyə düşən sosial yardımın orta aylıq məbləği ümumilikdə sosial yardım alan ailələr üzrə 280 manat təşkil edib. Bu göstərici isə 2020-ci illə müqayisədə 17 faiz çoxdur. "Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsi prosedurunun sadələşdirilməsi barədə” Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 432 nömrəli Qərarına uyğun olaraq, hərbi vəziyyət müddətində Gəncə və Naftalan şəhərlərində, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən və Gədəbəy rayonlarında ÜDSY alınması üçün "Ünvanlı yardım” (VEMTAS) altsisteminə müraciət edən 2271 ailəyə maddi-məişət şəraitinin müayinəsi aparılmadan avtomatlaşdırılmış qaydada təyinat verilib.
 
"Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli Sərəncamına əsasən ölkə üzrə 2021- ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik maddi yardımın ödənilməsi təmin edilib. Bu məqsədlə 4,5 milyon manat vəsait istifadə edilib. ÜDSY təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 2021-ci ildəki 170 manatdan 17,6 faiz və ya 30 manat artırılaraq 200 manat məbləğində müəyyən edilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol