• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda Qarabağ qazisini kim döyüb?

Bakıda Qarabağ qazisini kim döyüb?
11.05.2022 15:43
Qarabağ qazisi Ceyhun Məhərrəmov mayın 3-də axşam saatlarında yaşadığı evin girişində bir qrup şəxsin hücumuna məruz qaldığını iddia edib.
Bu barədə açıqlama verən Ceyhun Məhərrəmov hadisə ilə bağlı polisə şikayət etdiyini bildirib.

O, məhkəmədə verdiyi ifadəyə görə şiddətə məruz qalıb.
 
"Şaurma N1” restoranının şəriki Aqil Babayevin cinayət işi üzrə istintaqa verdiyim ifadəni geri götürməyimi tələb edirlər. Zaur Abdullayev və onun topladığı dəstə mayın 3-ü evimin girişində mənə qəfil hücum etdi. Onlar Aqil Babayevin adını "Şaurma N1 " restoranının şəriki qismində göstərməməyi tələb edirlər. Hazırda aldığım xəsarətlərdən dolayı səhhətimdə ciddi problem yaranıb. Özüm müharibə qazisiyəm. Şahid qismində çıxış edərək Aqil Babayevin restoranın şəriki olduğunu təsdiqlədiyim üçün təhdidlərə məruz qalıram”.
 
Ceyhun Məhərrəmovu döydüyü bildirilən şəxslərdən Z.Abdullayevin qardaşı Faiq Abdullayev saytımıza açıqlamasında onların da qarşı tərəfdən polisə şikayət etdiyini deyib. 
 
Onun sözlərinə görə, dava-dalaş axşam iftar süfrəsinə oturarkən baş verib: "İftar süfrəsində oturmuşduq, bu zaman Ceyhun gəlib söyüş söydü, nəticədə dava düşdü. O mənə xəsarətlər yetirib. Mən də ondan polisə şikayət etmişəm”.
 
 "Şaurma N1” restoranının VÖEN və patent hüququ Ceyhun Məhərrəmova məxsusdur. Restoranlar şəbəkəsinin sahibləri arasında bir müddətdir ki, məhkəmə çəkişməsi davam edir.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol