• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat Vahid Əhmədovun tənqidinə NAZİRLİKDƏN CAVAB

Deputat Vahid Əhmədovun tənqidinə NAZİRLİKDƏN CAVAB
13.05.2022 15:17
Son vaxtlar Milli Məclisdə sosial problemlərlə bağlı məsələ qaldırılır, ancaq onlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cavab vermir. Bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin bu gün keçirilən iclasında deyib.
 
Deputat təklif edib ki, spiker Sahibə Qafarovanın və müvafiq komitələrin iştirakıyla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi ilə görüş keçirilsin.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov anews.az-a açıqlamasında bildirir ki, millət vəkilləri tərəfindən nazirliyə daxil olan bütün müraciətlərin operativ araşdırılması və cavablandırılması təmin edilir. 

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Milli Məclis arasında sıx əməkdaşlıq mövcuddur. 2021-ci ildə Milli Məclisdən Nazirliyə daxil olmuş 6367 məktubun hər biri vaxtlı-vaxtında araşdırılaraq cavablandırılıb. Bu əməkdaşlıq həm sosial sahə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, yeni normativ hüquqi aktların layihələrinin, sosial proqramların müzakirəsi, həm də deputatlarımıza ünvanlanan vətəndaş müraciətlərinin cavablandırılması işlərini əhatə edir. Aidiyyəti məsələlərin parlamentdə müzakirəsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbər vəzifəli şəxsləri həmin müzakirələrdə iştirak edir, millət vəkillərimizin suallarını cavablandırır, müvafiq sahələrə aid deputatların qaldırdıqları məsələləri, təkliflərini öyrənirlər. Milli Məclisin iclaslarında da hörmətli deputatlarımız nazirliyin parlamentlə əməkdaşlığını, bu sahədə operativ fəaliyyətini təqdir ediblər", - o bildirib.
 
Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, bununla bağlı bir neçə dəfə görüş keçirilib və bu məsələyə də baxıla bilər.
 
Gülnar Nazimqızı


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azad edilmiş ərazilərə köçürülən sakinlərdən 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərə köçürülən sakinlərdən 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol