“Qırmızı kitab”a salınacaq bitkilərin monitorinqi aparılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Milli Elmlər Akademiyasının mütəxəssislərindən ibarət qrup tərəfindən Şamaxı və Qobustan rayonları ərazisində, eyni zamanda Şahdağ Milli Parkı və Pirqulu Dövlət Təbiət Qoruğunda bitkilərin monitorinqi aparılıb.
"Qırmızı kitab”ın III nəşrinin hazırlanması ilə bağlı keçirilən çöl tədqiqat işləri zamanı Səhləbkimilər (Orchidaceae), Göyzəbankimilər (Boraginaceae), Soğankimilər (Alliaceae) və Zambaqkimilər (Liliaceae) fəsilələrinə aid olan bitkilərin nadir növləri tədqiq edilib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























