• $
  • €
  • ₽
  • ₺
  • £

“Ədliyyə orqanlarında və məhkəmələrdə kommunikasiya siyasəti” mövzusunda təlim keçirilib

“Ədliyyə orqanlarında və məhkəmələrdə kommunikasiya siyasəti” mövzusunda təlim keçirilib
19.05.2022 21:38
19 may tarixində Ədliyyə Nazirliyinin, Medianın İnkişafı Agentliyinin (MEDİA) və Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının birgə təşkilatçılığı ilə jurnalistlər üçün "Ədliyyə orqanlarında və məhkəmələrdə kommunikasiya siyasəti” mövzusunda təlim keçirilib.


40-a yaxın media nümayəndəsinin qatıldığı təlimdə Ədliyyə Nazirliyinin, Medianın İnkişafı Agentliyinin, Məhkəmə-Hüquq Şurasının, Mediasiya Şurasının rəhbər və məsul şəxsləri, Bakı şəhər Yasamal Rayon məhkəməsinin sədri və spiker-hakimlər iştirak ediblər.

Təlimin açılışında çıxış edən Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova ədliyyə orqanlarının və məhkəmələrin media ilə dialoqun, sosial media fəaliyyətinin gücləndirilməsi ilə bağlı ardıcıl işlərin görüldüyünü qeyd edib, Ədliyyə Nazirliyinin 2021-2023-cü illər üzrə Kommunikasiya Strategiyasına toxunaraq Medianın İnkişafı Agentliyi, Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının birgə təşkilatçılığı ilə keçirilən təlimin media nümayəndələri, həmçinin ədliyyə sahəsində mətbuata məsul əməkdaşlar və spiker-hakimlər üçün kommunikasiyanın daha effektiv həyata keçirilməsi baxımından faydasını vurğulayıb.


Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli təlimin başlıca hədəfinin ədliyyə orqanları ilə medianın münasibətlərinin daha da şəffaflaşdırılması işinə xidmət olduğunu bildirib. Bu münasibətlərin ölkəmizin beynəlxalq imici üçün müstəsna əhəmiyyətinin olduğunu deyən Natiq Məmmədli jurnalistlərin kommunikasiyaya qoşulmasının cəmiyyətin daha çox məlumatlandırılması baxımından önəmli olduğunu diqqətə çatdırıb.


Sonra əhalinin hüquqi maarifləndirilməsində Ədliyyə Nazirliyinin rolu, məhkəmə hakimiyyətinin müstəqil özünüidarə fəaliyyəti, məhkəmələrin müstəqilliyi, onların fəaliyyətinə müdaxilənin yolverilməzliyi və şəffaflıq, məhkəməyə qədər mübahisələrin həllində mediasiyanın rolu, media sahəsində qanunvericiliyinin prioritetləri, ədliyyə orqanlarında və məhkəmələrdə media ilə işin təşkili, bu sahədə kommunikasiya strategiyası və sosial media siyasəti ilə bağlı mövzularda məruzələr dinlənilib, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.


Sonda media nümayəndələrinə təlimdə iştirak etdiklərinə görə sertifikatlar təqdim olunub.







www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol