• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir: "Səhiyyə modulları tədricən fayda paketinə daxil ediləcək"

Nazir: "Səhiyyə modulları tədricən fayda paketinə daxil ediləcək"
20.05.2022 10:26
"Stop Vərəm” Tərəfdaşlığının İdarə Heyətinin 35-ci toplantısı keçirilir.

Səhiyyə Nazirliyindən  verilən məlumata görə, beynəlxalq qurumun budəfəki iclası onlayn formatda təşkil olunub.

Öz çıxışlarında Qlobal Plan İşçi Qrupunun sədri, iştirakçı ölkələrin səhiyyə nazirləri təəssüf hissi ilə qeyd etdilər ki, vərəm dünyada ən təhlükəli infeksiyalardan biri olaraq qalmaqdadır və hər gün 4100-dən çox insan bu xəstəlikdən vəfat edir.

Toplantının "Vərəmin maliyyələşdirilməsi mənbələri” mövzusuna həsr olunmuş panel sessiyasında Azərbaycanın səhiyyə naziri Teymur Musayev çıxış edib.

Teymur Musayev qeyd edib ki, 2012-ci ildən başlayaraq Azərbaycan hökuməti tərəfindən vərəmlə mübarizə üzrə Dövlət Proqramları hesabına vərəmə qarşı davamlı olmayan dərmanların alınması və digər müvafiq xərclərin tam ödənilməsinə başlanılıb: "Eyni zamanda, 2005-ci ildən QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fond Azərbaycanda vərəm əleyhinə fəaliyyətin maliyyələşdirilməsində yaxından iştirak edir. Hazırda Qlobal Fondun layihələri davamlı olaraq Azərbaycanda həyata keçirilir və vərəmlə mübarizəmizə böyük töhfə verir”.

"2020-ci ildən Azərbaycanda səhiyyənin maliyyələşdirilməsinin yeni mexanizmi – icbari tibbi sığorta tətbiq edilir. Onun həyata keçirilməsi koronavirus pandemiyasına təsadüf etməsinə baxmayaraq, ilkin nəticələr ümidvericidir. İcbari tibbi sığortanın tətbiqi planı səhiyyə modullarının tədricən fayda paketinə daxil edilməsini nəzərdə tutur. Vərəmlə mübarizə qlobal məsələdir və biz birlikdə əməkdaşlıq edərək, eyni zamanda təcrübəmizi bölüşərək daha çox müsbət nəticələr əldə edə bilərik”, - deyə Teymur Musayev fikrini tamamladı.

"Stop Vərəm” Tərəfdaşlığının İdarə Heyətinin 35-ci toplantısı bu gün yekunlaşacaq.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol