• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda dənli və paxlalı bitkilərin yeni sortları yaradılır

Azərbaycanda dənli və paxlalı bitkilərin yeni sortları yaradılır
24.05.2022 23:00
Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi -Tədqiqat İnstitutu dənli və paxlalı bitkilərin yeni sortlarının yaradılması istiqamətində seleksiya işləri aparır.
 
Bu barədə  Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov deyib.

Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində tədqiqat institutları fəaliyyət göstərir: "Həmin institutlardan biri Əkinçilik Elmi-Tətqiqat İnstitudur, institut dənli və paxlalı bitkilərin seleksiyasını, becərmə texnologiyası ilə bağlı tətqiqat işlərini aparır. İnstitut həm yumşaq buğdanın, həm də bərk buğdanın yeni sortlarının yaradılması istiqamətində seleksiya işləri aparır".

İ.Cümşüdov vurğulayıb ki, sortların yaradılması prioritet istiqamətdir: "Seleksiya proqramına uyğun olaraq buğdanın, arpanın, digər dənli bitkilərin, həmçinin paxlalı bitkilərin seleksiyası aparılır. Bu, ardıcıl olaraq həyata keçirilir, həmin sortlar qeydiyyata alındıqdan sonra fermer təsərrüfatlarında fermerlərin istifadəsinə verilir. Əlbəttə ki, qlobal iqlim şəraitinə uyğun olaraq quraqlığa davamlı, eyni zamanda şoranlığa davamlı və yüksək keyfiyyətli sortların yaradılması əsas hədəfdir. Yeni sortların həm keyfiyyəti yaxşı olmalıdır, eyni zamanda, iqlim amillərinə, stress faktorlarına davamlı olmalıdır”.

 2021-ci ildə ölkədə 572,3 hektar sahədə buğda əklib. 1 milyon 885 ton buğda yığılıb, məhsuldarlıq isə 32,9 sentner olub. Cari ildə ölkədə 600 min hektardan çox ərazidə buğda əkinləri aparılıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol