• $
  • €
  • ₽
  • ₺
  • £

Dörd il həbsdə olan AXCP fəalı azadlığa buraxılıb

Dörd il  həbsdə olan AXCP fəalı azadlığa buraxılıb
25.05.2022 07:36
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin həbsdə olan üzvü Aqil Məhərrəmov bu gün azadlığa buraxılıb.
 
O,  2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən Cinayət Məcəlləsinin 193-cü maddəsi ilə (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) ittiham edilərək 4 il müddətinə həbs edilmişdi.
 
Həmin il iyulun 24-də Nəsimi Rayon Məhkəməsində AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov haqqında həbs-qətimkan tədbirinin ev dustaqlığıyla əvəzlənməsi barədə vəsatətə baxılıb. Hakim Babək Pənahovun sədrliyi ilə keçirilən məhkəmədə vəsatət təmin edilməyib.

 2018-ci il mayın 25-də Aqil Əli Məhərrəmov ilə yanaşı birinci Qarabağ savaşında (1988-1994) xəsarət alan Babək Həsənov və bu partiyanın digər funksioneri - Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirov da həbs olunub. Onlar Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli ilə birlikdə çirkli pulları leqallaşdırmaqda ittiham olunurlar. İddia olunur ki, onlar Saleh Rüstəmlinin Rusiyadan göndərdiyi pulları AXCP  rəhbərinə çatdırıblar. Prokurorluğun 2018-ci ildəki açıqlamasında 412 min dolların leqallaşdırıldığı iddia olunub.

AXCP sədri Əli Kərimli isə bu ittihamı təkzib edərək  həbsləri partiyaya qarşı repressiyaların davamı kimi qiymətləndirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmli 7 il 3 ay, Aqil Əli Məhərrəm 4 il, Babək Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Vidadi Rüstəmli və Ruslan Nəsirova şərti cəza verilib. 2021-ci il martında Həsənov da prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb.
 
Azərbaycan Xalq Cəbhəsi Partiyası 1995-ci ildə təsis edilib. Həmin il sentyabrın 1-də Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınan siyasi partiyanın hazırki rəhbəri Əli Kərimlidir. 

Ləman Qasımova

www.anews.az
Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol