• $
  • €
  • ₽
  • ₺
  • £

Müstəqillik Günü münasibətilə “Cümhuriyyət xatirələri” kitabı nəşr edildi

Müstəqillik Günü münasibətilə “Cümhuriyyət xatirələri” kitabı nəşr edildi
28.05.2022 11:50
"Nar” 28 May Müstəqillik Günü ərəfəsində araşdırmaçı-yazar Dilqəm Əhmədin tərtib etdiyi "Cümhuriyyət Xatirələri” kitabını nəşr etdi. Müstəqillik günü münasibətilə nəşr olunan kitab Cümhuriyyət dövrünün ictimai-siyasi xadimlərinin yazılarının toplusudur.
 
Kitabda azərbaycanlı və türkiyəli ictimai-siyasi xadimlərin Azərbaycan Xalq Cümhuriyyətinin quruluşu, ordusu və işğal dövrü ilə bağlı yazıları yer alır. Eləcə də, tariximizin görkəmli şəxsiyyətlərinin müraciətləri, tərcümeyi-halları və fotoşəkilləri də oxuculara təqdim olunur. Əhatə etdiyi mövzuların əhəmiyyəti nəzərə alınaraq, ADA Universitetində müəllif Dilqəm Əhmədin iştirakı ilə "Cümhuriyyət Xatirələri” kitabının müzakirəsi də təşkil edilib.
 
Həmçinin, kitaba olan marağı nəzərə alaraq, "Nar”ın sosial media səhifələrində müsabiqə keçirilir: Milli tariximizlə bağlı təqdim olunan suallara cavab verən sosial şəbəkə istifadəçilərinə "Nar” Cümhuriyyət Xatirələri” kitabını hədiyyə edir.
 
Kitabın daha çox insana çatması və ələxsus görmə məhdudiyyətli şəxslər üçün də əlçatan olması məqsədilə, 28 may tarixindən etibarən "Cümhuriyyət Xatirələri” kitabını "Canlı Kitab” "YouTube” kanalında da dinləmək mümkün olacaq.
 
"Nar” ölkəmizdə və xaricdə yaşayan hər bir azərbaycanlını əziz bayramımız münasibətilə təbrik edir və milli dövlətçiliyimizin əbədi davam etməsini diləyir.
 
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol