Sumqayıtda saxlanılan şəxsdə qumbara aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.
Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Şəhriyar Hətəmovdan "F-1” qumbarası aşkar edilərək götürülüb.