• $
  • €
  • ₽
  • ₺
  • £

Mühacir ailələri aksiya edib

Mühacir ailələri aksiya edib
28.06.2022 17:27
İyunun 28-də Azərbaycanda həbs edilən keçmiş mühacirlərin ailələri Baş Prokurorluğun qarşısında etiraz aksiyası keçirib. 

Etirazçılar həbs edilən mühacirlər - Samir Aşurov, Pünhan Kərimlinin yaxınlarıdır. Onlar Baş Prokuror Kamran Əliyev ilə görüşmək və onların azadlığa buraxılmasını tələb edib. 

Həbsdə olan mühacir Pünhan Kərimlinin atası Vahid Kərimov bildirib ki, oğlunun siyasi səbəblərə görə həbs edilib.

Aksiyada insident yaşanmayıb.  İştirakçılar polislər tərəfindən qəbul edilsə də, onlara prokuror Kamran Əliyevin binada olmadığı bildirib.

Sonuncu dəfə ailələr  iyunun 17-də eyni Almaniya Səfirliyinin qarşısında baş verənlərə etirazı etmişdi.

Dövlət Miqrasiya Xidməti 2021-cidə 420 şəxsin ölkəyə qaytarıldığı barədə məlumat açıqlayıb. Almaniya səfirliyindən bildirilib ki, ölkədən Azərbaycana 2020-ci ildə 62, 2019-cu ildə isə 232 nəfər deportasiya olunub.

Bir müddət əvvəl siyasi mühacirlərin Almaniyadan deportasiya olunması və daha sonra onların Azərbaycanda həbs edilməsi ilə bağlı "BBC News Azərbaycanca” Almaniyanın Azərbaycandakı səfirliyinə müraciət edib. Səfirlikdən deyilib ki, ölkəyə gələndən sonra həbs olunan insanlar barədə məlumatlıdırlar və onlara məlum olan bütün hallarla bağlı əlaqə qurulub.


Azərbaycanla Avropa İttifaqı arasında imzalanan readmissya haqqında sazişə görə, tərəflər insan hüquq və azadlıqları barədə müvafiq beynəlxalq sənədlərdən irəli gələn öhdəliklərə əməl etməlidirlər.

2014-cü ildə "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası (geri qaytarılma) haqqında" saziş imzalanıb.

Saziş Azərbaycan və ya Avropa İttifaqına üzv dövlətlərin ərazisinə daxil olmaq, orada qalmaq və ya yaşamaqla bağlı şərtlərə əməl etməyən şəxslərin müəyyən edilməsini, təhlükəsiz və nizamlı şəkildə qaytarılmasını nəzərdə tutur.

Ləman Qasımova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol