Azərbaycanda sərt karantin gözlənilirmi? - Nazirlik nümayəndəsindən açıqlama

Azərbaycanda hazırda sərt karantin rejiminə ehtiyac yoxdur, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
"İndi vəziyyətdə epidemoloji vəziyyətə nəzarət etmək mümkündür. Buna görə də hansısa sərt tədbirlərə getməyə ehtiyac yoxdur. Əgər yoluxma artarsa belə gözləntilər ola bilər", - Eyvazov bildirib.
Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayı artır. Səhiyyə Nazirliyi vətəndaşlara qapalı məkanlarda maska geyinməyi tövsüyyə edir və bildirir ki, yoluxma artarsa adekvat tədbirlər görüləcək.
Gülnar
www.anews.az
Son xəbərlər 
Daha çox 























