Dünyanın ən yaşlı pandası öldü

Dünyanın nəzarət altında saxlanılan ən yaşlı erkək pandası ölüb. "CNN”ə istinadən xəbər verir ki, 35 yaşlı pandanın səhhətində problemlər yaranıb və o, daha çox əziyyət çəkməməsi üçün evtanaziya edilib.
Məlumata görə, adı "An An” olan sözügedən bu panda Çin hökuməti tərəfindən 23 il əvvəl Honq-Konqun Okean Parkına hədiyyə edilib.
Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) məlumatına görə, pandaların vəhşi təbiətdəki orta ömrü 14-20 il olsa da, onlar nəzarət altında daha çox yaşaya bilirlər.
www.anews.az
Son xəbərlər 
Daha çox 























