• $
  • €
  • ₽
  • ₺
  • £

Tomoqrafiya və rentgen şüaları xərçəngə səbəb olur?

Tomoqrafiya və rentgen şüaları xərçəngə səbəb olur?
24.07.2022 12:39
ABŞ-dan olan bir qrup onkoloq zəif dozada rentgen şüalarından və kompüter tomoqrafiyasından şüalanmanın xərçəngin inkişafına səbəb olmadığını bəyan ediblər. 

 Rusiyada tibbi avadanlıqların istehsalı ilə məşğul olan "NIPK Electron" şirkəti bildirir ki, X-şüalarının və kompüter tomoqrafiyasının xəstələrə təsiri ilə bağlı çoxsaylı elmi araşdırmalar onların bədxassəli şişlərə səbəb olub-olmaması ilə bağlı müxtəlif nəticələrə gəlib. Çox yüksək dozada radiasiyanın orqanizm üçün mənfi nəticələri göz qabağındadır.

Çikaqodakı Loyola Universitetinin onkoloqları diaqnostik prosedurlar zamanı xəstənin gündəlik radiasiyaya məruz qalmasını hesablayan zaman həmkarlarının hesablamalarında nöqsanlar aşkar ediblər. Doktor Ceyms Uelç bildirib ki, xərçəng təhlükəsini sübut edən əvvəlki tədqiqatlar yoxlanılmamış statistik modellərə əsaslanıb və bu da onları etibarsız edib.

"Şüalanma yüksək dozalarda xərçəngə səbəb our. Bu, tamamilə dəqiqdir. Rentgen tədqiqatlarında və kompüter tomoqrafiyasında aşağı dozada radiasiyanın xəstələr üçün təhlükəli olduğunu sübut edəcək heç bir məlumat yoxdur", - deyən Ceymis Uelç bildirib ki, yüksək dozada radiasiyanın müəyyən edilmiş zərəri sadəcə olaraq daha aşağı dozalara ekstrapolyasiya olunur: "Beləliklə, çox yüksək dozada bir insanın 100% xərçəngə tutulma riski ola bilər. Amma bu o demək deyil ki, 10 dəfə aşağı dozada mütləq 10% yoluxma riski var. Lakin, alimlər məhz belə bir sxemə güvənirlər”.

ABŞ-dan olan onkoloqlar hesab edirlər ki, xəstə bir neçə il ərzində hər gün şüalanmasa, KT və rentgen şüaları xərçəngə səbəb ola bilməz.
 
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol