• $
  • €
  • ₽
  • ₺
  • £

Verilən 3595 manat sosial yardımı geri istəyirlər - VİDEO

Verilən 3595 manat sosial yardımı geri istəyirlər - VİDEO
30.07.2022 18:04
Mingəçevir şəhəri, Şəfa bağ massivi, M. Rəhimov küçəsi ev 32 ünvanında yaşayan Gözəl Osmanova Osman qızı ona verilən ünvanlı sosial yardımın kəsilməsindən şikayətçidir. Osmanova bu barədə Yeniavaz.com-a müraciətində bildirib.

6 uşaq anası Gözəl  Osmanovanın sözlərinə görə, övladları az yaşlıdır, heç biri yetkinlik yaşına çatmayıb. O bildirib, tək ana olaraq uşaqlar onun himayəsindədir.

"Özüm xəstə olduğuma görə heç bir yerdə işləyə bilmirəm, böyük övladım da ürəyindən müalicə alır. 2021-ci ilin dekabr ayından 2022-ci ilin may ayının sonunadək ailəmizə üç min beş yüz doxsan beş manat əlli qəpik həcmində ünvanlı sosial yardım ödənilib. 2022-ci ilin iyun ayından bu yardım ləğv olunub. Bizə bildiriş gəlib ki, ödənilən məbləği geri qaytarın. Yoxsa, 6 övladımı yetim qoyub tək anaya qanunlarımıza uyğun tədbirlər görəcəklər!? Övladlarım enerji içkilərinin qablarını, dəmir parçalarını yığıb satırlar ki, özləri üçün dondurma pulu etsinlər, amma mən onların əlindən alıb çörək pulu edirəm. Mənim övladlarım doyunca çörək yemir. Ataları 2-ci dərəcəli vərəm xəstəsi olduğuna görə ondan ayrı yaşamağa məcburuq. Yaşadığımız ünvana gəlib baxa bilərlər, görsünlər ki, biz hansı şəraitdə yaşayırıq. Bəs, görəsən, ünvanlı sosial yardım bizim kimi ailələrə düşmürsə, kimlərə düşür? Mən müraciət etmişəm, onlar da mənə ünvanlı sosial yardım ayırıblar. İndi peşman olublar? Əgər mənə sosial ünvanlı yardım düşmürdüsə, niyə verirdilər? Axı həmin idarədə kadr bolluğundan tərpənmək olmur. Kimdir günahkar? 6 ac-yalavac uşaq anası, yoxsa yerində olmayan kadrlar?”, - o deyib.

Ünvanlı sosial yardımın kəsilməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan Yeniavaz.com-a bildirilib ki, məsələ araşdırılır və ətraflı məlumat veriləcək.
 

 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol