• $
  • €
  • ₽
  • ₺
  • £

Polis mayoru məhkəmə zalında həbs olundu - Narkotik satırmış

Polis mayoru məhkəmə zalında həbs olundu - Narkotik satırmış
09.08.2022 12:24
Qanunsuz narkotik dövriyyəsində ittiham olunaraq şərti cəza təyin olunmuş sabiq polis əməkdaşı Tural Mahmudov barəsindəki hökmdən verilmiş apellyasiya protestinə baxılıb.

Prokurorun şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsində yenidən araşdırılan işlə bağlı qərar elan olunub.

Hakim Rəşad Abdulovun sədrlik etdiyi məhkəmə heyəti Tural Mahmudov barəsindəki cəzanı ittihama görə həddən artıq yüngül hesab edərək birinci instansiya məhkəməsinin hökmünü tamamilə ləğv edib.

Məhkəmənin qərarı ilə Tural Mahmudov Cinayət Məcəlləsinin 234.4.3(qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinərək 4 il 6 ay azadlıqdan məhrum olunub. Sabiq polis əməkdaşı məhkəmə zalında həbs olunub.

Tural Mahmudov Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən həbs olunub. İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 234.4.3 ( qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddəsi ilə yekun ittiham verilib. İbtidai və məhkəmə istintaqı zamanı həbsdə olan Tural Mahmudov may ayında Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası alaraq azadlığa buraxılmışdı.

Polis mayoru Tural Mahmudov əvvəllər Salyan Rayon Polis Şöbəsində narkotiklərlə mübarizə bölməsində əməliyyat müvəkkili, həmçinin pasport qeydiyyat şöbəsinin rəisi olub.

2018-ci ildə isə daxili işlər orqanlarından xaric olunub.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol