• $
  • €
  • ₽
  • ₺
  • £

Qızının polis tərəfindən zorlandığını deyən qadına cinayət işi açıldı

Qızının polis tərəfindən zorlandığını deyən qadına cinayət işi açıldı
09.08.2022 14:26
Lənkəranda yetkinlik yaşına çatmayan qızına polis əməkdaşı tərəfindən seksual xarakterli zorakılıq əməllərinin törədildiyini iddia edən qadın barəsindəki xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılıb.

Lənkəran RŞPİ-nin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektoru Orxan Şahmarovun rayonun Osaküçə kənd sakini, 1988-ci il təvəllüdlü Vüsalə Əliyeva barəsindəki Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri ilə şikayəti əsasında hökm elan edilib.

Hökmə əsasən Vüsalə Əliyeva Cinayət Məcəlləsinin 148-ci (böhtan) maddəsi ilə təqsirli bilinərək ona 360 saat ictimai iş cəzası verilib. 147-ci, yəni təhqir maddəsi ilə bağlı iddia isə təmin edilməyib və bu maddə ilə V.Əliyevaya bəraət verilib.

Vüsalə Əliyeva mətbuatda bir neçə dəfə çıxış edərək 2004-cü il təvəllüdlü qızının Orxan Şahmarov tərəfindən bir neçə dəfə cinsi təcavüzə məruz qaldığını iddia edib.

Daha sonra Vüsalə Əliyevanın yetkinlik yaşına çatmayan qızı ilə cinsi əlaqədə olmuş başqa şəxs barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb.

Orxan Şahmarov isə bundan sonra Lənkərandakı vəzifəsindən azad edilərək başqa bir rayona eyni vəzifəyə göndərilib.(Qafqazinfo)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol