• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə Ukraynanın bərpasında iştirak edəcək - Memorandum imzalandı

Türkiyə Ukraynanın bərpasında iştirak edəcək - Memorandum imzalandı
18.08.2022 20:49
Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov və Türkiyənin ticarət naziri Mehmet Muş avqustun 18-də Lvovda infrastrukturun bərpasına dair anlaşma memorandumu imzalayıblar.

Bu barədə Ukraynanın İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


"Türkiyəli tərəfdaşlara Rusiya tərəfindən dağıdılmış infrastrukturun bərpası ilə bağlı əməkdaşlıq etmək niyyətlərinə görə minnətdarıq. Buna Türkiyə biznesinin yolların və körpülərin tikintisində iştirakının böyük təcrübəsi kömək edir, xüsusən də bu, bizim meqalayihələrimizə - Zaporojye və Kremençuq körpülərinə aiddir. Biz türk biznesini etibarlı tərəfdaş kimi tanıyırıq, ona görə də tezliklə birgə bərpanın konkret praktiki nəticələrinə nail olacağımızı gözləyirik”, - deyə infrastruktur naziri Aleksandr Kubrakov bildirib.


Onun sözlərinə görə, yaxın vaxtlarda bərpa məsələləri üzrə birgə işçi qrupu yaradılacaq, türk sərmayəsinin cəlb edilməsi mexanizmləri işlənəcək, həmçinin əməkdaşlıq üçün konkret layihələr hazırlanacaq.


Nəzərdə tutulur ki, Türkiyənin biznes və dövlət strukturları konkret bərpa layihələri hazırlayacaq, həmçinin konsaltinq və texniki yardım göstərəcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol