• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir məktəbli formalarından danışdı - Heç kəsi forma geyinməyə məcbur etmirik

Nazir məktəbli formalarından danışdı -  Heç kəsi forma geyinməyə məcbur etmirik
23.08.2022 12:20
Azərbaycanda məktəbli  formasının qiymətini, maya dəyərini bazar müəyyənləşdirir. Bu, elm və təhsil mövzusu deyil. Lakin qiymətlərin şişirdilməsi halları varsa, Elm və Təhsil Nazirliyi bunu düzgün hesab etmir. Bunu elm və təhsil naziri Emin Əmrullayev avqustun 23-də keçirdiyi brifinqdə deyib.

"Digər tərəfdən biz heç kəsi forma geyinməyə məcbur etmirik. Formanın elementləri təsdiq olunubsa, valideynlər bunu seçə bilər. Heç kim bu qaydanı poza bilməz. Konkret məktəb olmadıqda bu məsələləri araşdırmaq olmur. Lakin belə hallar varsa, həmin direktorlar düz etmir", - o deyib.

Nazir vurğulayıb ki, belə hallar varsa, həmin məktəblərin nömrələri Nazirliyə deyildikdən sonra aidiyyəti üzrə tədbir görüləcək.
 
Avqustun 17-dən yeni məktəbli formaları satışa çıxarılıb. Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında” Qərarda məktəblər üçün nəzərdə tutulmuş 4 rəngdə (tünd-göy, tünd-boz, qəhvəyi-yaşıl (xaki), açıq-qəhvəyi) geyim forması nümunəsi müəyyənləşib. Bakı Tikiş Evində (BTE) isə ancaq iki rəngdə (ağ köynək, göy şalvar və ətək) və (mavi köynək, boz şalvar, ətək) məktəbli forması tikilir və satışa çıxarılıb. BTE-nin Satış şöbəsinin müdiri Etibar Əzimov deyib. O bildirib ki, yeni məktəbli geyimlərinin qiymətləri məlumdur. Bütün ölçülərdə ətək və şalvarların qiyməti 25 manat, uzunqol və qısaqol köynəklərin qiyməti isə 14 manatdır. Valideynlər hələ ki, BTE-nin satış mağazalarına yaxınlaşaraq məktəbli formalarının nümunələrindən əldə edə bilərlər. Sonrakı günlərdə isə məktəbli formaları digər ünvanlarda satışa çıxarılacaq.

2022-ci il martında Baş nazir Əli Əsədov "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərinin təsdiq edilməsi” haqqında qərar imzalayıb. Qərara əsasən, dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri təsdiq edilib.
 
Artıq növbəti tədris ilindən etibarən yeni məktəbli formalarının tətbiqinə başlanılacaq.
 
Təhsilalanların geyim forması oğlan və qızlar üçün ayrı olmaqla qış və yay formalarından ibarətdir. Qızlar üçün yay forması - üçdüyməli qısaqol köynək və ətək. Oğlanlar üçün yay forması - üçdüyməli qısaqol köynək və şalvar. Qızlar üçün qış forması - üçdüyməli uzunqol köynək, ətək və ya şalvar, önü bağlanılan cibli jaket. Oğlanlar üçün qış forması - üçdüyməli uzunqol köynək, şalvar və önü bağlanılan cibli jaket.
 

Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib ki, təhsilalanların sağlamlığına mənfi təsir göstərməməsi üçün geyim formaları təbii və keyfiyyətli parçalardan tikilməlidir.
 
 
Şagirdlər üçün hazırlanan geyim formalarının etiketində istifadə edilən parçanın tərkibi barədə və "məktəbli forması” sözləri yazılmalıdır. Geyim formasının üzərində məktəbin emblemi də əks oluna bilər.


Ləman Qasımova



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol