• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan-Ermənistan delimitasiya üzrə Komissiyanın növbəti görüşü keçirilir

Azərbaycan-Ermənistan delimitasiya üzrə Komissiyanın növbəti görüşü keçirilir
30.08.2022 15:30
Moskvada Azərbaycan Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli Komissiyanın görüşü keçirilir.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya xarici işlər nazirliyinin Qəbullar Evində keçirilən görüşdə Azərbaycanı Baş nazirinin müavini Şahin Mustafayev təmsil edir. Ermənistan tərəfdən isə görüşdə Baş nazirin müavini Mqer Qriqoryan iştirak edir.

Bu, Azərbaycan Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası sayca ikinci görüşdür. İlk görüş bu ilin mayın 24-də Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində baş tutub.

Xatırladaq ki, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı Komissiyanın görüşü Rusiya tərəfinin məşvərətçi yardımı ilə keçirilir. Mətbuata qapalı keçirilən görüşün yekunları ilə bağlı Rusiya XİN-nin məlumat yayacağı gözlənilir.

Azərbaycan Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı Rusiya tərəfinin məşvərətçi yardıml ilə ikitərəfli Komissiyanın yaradılması barədə razılıq Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 26 noyabr 2021-ci il tarixli Soçi üçtərəfli razılaşmasına əsasən əldə olunub.





www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol