• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycandakı özəl məktəblərin ödənişi qonşu ölkələrdən nə qədər bahadır? - Siyahı

Azərbaycandakı özəl məktəblərin ödənişi qonşu ölkələrdən nə qədər bahadır? - Siyahı
05.09.2022 10:56
Azərbaycanda fəaliyyət göstərən özəl orta məktəblərin ibtidai sinifləri üçün orta illik təhsil haqqı 8 670 manata (5 100 dollar) bərabərdir.

Yeniavaz.com dünyanın ən nəhəng məlumat bazalarından biri hesab olunan "numbeo"ya istinadən bildirir ki, bu, qonşu ölkələr arasında yüksək göstərici hesab olunur.

Açıqlanan məlumatlara görə, qonşu ölkələr arasında ən aşağı təhsil haqqı İranda qeydə alınıb. Bu ölkədə ibtidai siniflər üçün alınan orta illik təhsil haqqı 1 380 dollar təşkil edir. Sonrakı yerlərdə 3 850 dollarla Türkiyə, 4 700 dollarla Ermənistan, 5 000 dollarla Gürcüstan qərarlaşıb. Rusiyada ibtidai siniflər üçün alınan orta illik təhsil haqqı bir qədər yüksəkdir – 7240 dollar.

Digər region ölkələrində isə ibtidai siniflər üçün nəzərdə tutulan təhsil haqqı aşağıdakı kimi olub:

Moldovada – 3 265 dollar
Ukraynada -  3 790 dollar
Özbəkistanda – 5 260 dollar
Qazaxıstanda – 5 610 dollar
Belarusda – 6 670 dollar

Dünyada ibtidai siniflər üçün ən yüksək orta illik təhsil haqqı İsveçrədə alınır. İsveçrədə orta illik təhsil haqqı 27 400 dollar təşkil edir.  Bu göstərici Sinqapurda 23 300 dollar, Çində 21 840 dollar, Cənubi Koreyada 19 330 dollar, Honq Konqda isə 18 200 dollar olub.

Ən aşağı təhsil haqqı isə Şri Lankada (490 dollar) və Pakistanda (980 dollar) qeydə alınıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol