Oktyabrda vəkillik məktəbi fəaliyyətə başlayacaq - Anar Bağırov

Hüquq təhsili alan tələbələr üçün 2022-ci ilin oktyabrında vəkillik məktəbi fəaliyyətə başlayacaq. Bunu "Vəkil olmaq istəyirəm adlı yay məktəbinin bağlanış mərasimində" Vəkillər kollegiyasının sədir Anar Bağırov deyib.
O bildirib ki, məqsəd hüquq təhsili alan tələbələrin hüquqi biliklərinin artırılmasıdır. Həmin hüquqşunaslar kursu bitirdikdən sonra vəkil köməkçisi olaraq çalışa biləcəklər. Müraciət edən tələbələrin 68 faiz xanım, 32 faizi isə oğlan tələbələrdir.
"Vəkil olmaq istəyirəm" adlı yay məktəbində 13-dən artıq tələbələr iştirak edib. İştirak edən tələbələr daha çox Bakı Dövlət universiteti və ADA universitetinin tələbələri olub.
Üstünlük daha çox Bakı Dövlət universitetinin və ADA universitetinin tələbələridir.
Aytac Zeynalova
www.anews.az
Son xəbərlər 
Daha çox 























