• $
  • €
  • ₽
  • ₺
  • £

Xəzərdə balıq azalmasına səbəb məmurlardır - Ekoloqdan AÇIQLAMA

Xəzərdə balıq azalmasına səbəb məmurlardır - Ekoloqdan AÇIQLAMA
23.09.2022 13:04
Xəzər dənizində adi çəki, kütüm, Xəzər külməsi, şərq çapağı və şəmayı balıqlarının azaldığı müşahidə edilib. Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundov bildirib.
 
Xəzər dənizinin bioloji resurslarını və dəniz mühitini öyrənmək məqsədilə "Əlif Hacıyev” elmi-tədqiqat gəmisi ilə keçirilən son monitorinqlərin nəticələrini görə, dənizdə siyənəklərin və kefalların vəziyyəti isə  qənaətbəxş olub.
 
"Ölkəmizdə balıq ehtiyatlarının artırılmasına töhfə vermək məqsədilə hər il təbii su hövzələrinə ETSN-in balıqartırma müəssisələrində yetişdirilən balıq körpələrinin buraxılışı həyata keçirilir”,- Mehman Axundov söyləyib.
 
Ekoloji və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə Xəzər dənizində balıq və digər su bioloji resurslarının mövcud  vəziyyəti, gələcək dinamikası, növbəti il üçün balıq ovunun kvota proqnozlarını müəyyən etmək məqsədilə hər il kompleks ekoloji monitorinqlər keçirilir.
 
Beynəlxalq Mətbuat Mərkəzində Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov Xəzərdə balıqların azalmasını həmin heyvanların tutulması ilə əlaqələndirir. O, balıq tutanların isə əsasən dövlət məmurları olduğu qənaətindədir.
 
"Dövlət məmurları balıqları tutur. Guya heç kəsin də bundan xəbəri yoxdur?  Qara camaat ora girə bilməz, o saniyə başından vurarlar”,-  ekoloq alim məmur özbaşınalığını sərt tənqid edib.
 
O, yalnız dövlət başçısının bunun qarşısını ala biləcəyini ehtimal edir. 
 
" Prezident onları hədələməklə kifayətlənməməlidir. "Belə edərəm, elə edərəm” desə də məmurlar öz bildiklərini edirlər. Onları həbs etmək lazımdır. Digər ekoloqlar da nağıl  danışmasınlar”.
 
Zoologiya İnstitutunun aparıcı elmi işçisi Süleyman Süleymanov isə həmin balıqlarının sayının azalmasını Kür çayı ilə əlaqələndirib.

"Kilkə, siyənək kimi balıqlar dənizdə yaşayıb kürü qoyurlar, vəziyyətləri də qənaətbəxşdir. Amma Kür çayınıən bolluğundan, sahildə bitki örtüyündən asılı olan balıqlar da isə azalma görülür. Əgər Kür çayı, bitki örtüyü yoxdursa, həmin balıqlar kürülərini hara töksün?”
 
Süleyman Süleymanov həmin balıqların qapalı sistemdə artırmaq mümkün olmadığından sayının azalmasını normal hesab edib. Onun sözlərinə görə gələcəkdə dəniz səviyyəsinin qalxması, bitki örtüyünün artımı müsbət təsir göstərə bilər.
 
İSTİQAMƏT:5.3.17. ekologiya və ətraf mühitin mühafizəsi;
QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

Məhluqə Tağıyeva

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol