Oktyabrın ilk günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu və əsasən yağmursuz olacaq. Mülayim şimal küləyi əsəcək. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 29-33° isti, dağlarda gecə 5-10° isti, gündüz 16-21° isti olacaq.
www.anews.az
Havanın temperaturu gecə 19-21° isti, gündüz 25-28° isti olacaq.
Bakıda gecə 19-21° isti, gündüz 25-27° isti olacaq.
Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75% olacaq.
www.anews.az
























