• $
  • €
  • ₽
  • ₺
  • £

Bu məktəbdə şagirdlərə dərsi həyətdə keçirlər - Azərbaycanda/VIDEO

Bu məktəbdə şagirdlərə dərsi həyətdə keçirlər - Azərbaycanda/VIDEO
03.10.2022 18:10
Azərbaycanın Bərdə rayonunun Mehdili kənd məktəbinin binasının yararsız olması səbəbindən şagirdlərə açıq havada dərs keçirilir. Bununla bağlı Anew.az saytının votsap (whatsapp.com, - red) hesabına video daxil olub. 
 

Qarabağ Regional Təhsil İdarəsinin  Bərdə rayon üzrə təhsil sektorunun müdiri Qurban  Məmmədovun sözlərinə görə, bu video qərəz məqsədilə çəkilib. 

"Uşaqlar çöldə dərs keçmir. Məktəb binasının bir hissəsi tam yararsız halda olduğu üçün FHN tərəfindən binaya girişə qadağa qoyulub. Digər korpusun bir neçə sinif otağı tədrisə  yararlıdır. Bununla  yanaşı məktəbin həyətində təhsil üçün xüsusi otaqlar quraşdırılıb. Tədris o otaqlarda davam edir. Yayılan video əsassızdır”,  -  Məmmədov deyib. 

Bununla yanaşı sektor müdiri bildirib ki, dəmirdən quraşdırılmış xüsusi təhsil otaqları qış fəsli üçün əlverişsizdir. Odur ki,havalar soyuyandan sonra tədris yeni məktəb binası tikilənə qədər Xəsili kənd məktəbində davam etdiriləcək. Bu müddət ərzində şagirdlərə xüsusi nəqliyyat vasitələri də ayrılacaq.  

"Elm və Təhsil Nazirliyinin cari ilin planına əsasən,  2022-ci ilin oktyabr-noyabrında Bərdə rayon Mehdili kəndində yeni məktəb binasının tikintisinə başlanılması nəzərdə tutulub. Ən geci növbəti tədris ilindən yeni məktəbdə tədrisin başlanması planlaşdırılır", - Məmmədov əlavə edib.
 

 Ləman Hafizi

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol