Tofiq Yaqubluya ölkədən çıxmağa icazə verilmir

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun atasının dəfn mərasimidə iştirak etməsi üçün ölkədən çıxmasına icazə verilmir. Bu barədə onun yaxınları sosial şəbəkələr vasitəsilə məlumat yayıblar.
Ötən gün Tofiq Yaqublunun atası Rəşid Yaqublu vəfat edib.
Oktyabrın 26-da Ali Məhkəmə ölkədən çıxışı yasaqlanan siyasətçi Tofiq Yaqublunun şikayətinə baxıb. Siyasətçi şikayətinin təmin olunmadığını, yasağın qüvvədə qaldığını deyib.
www.anews.az
























