• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda nə qədər uşaq sosial müavinət alır - RƏSMİ

Azərbaycanda nə qədər uşaq sosial müavinət alır - RƏSMİ
22.11.2022 13:00
Azərbaycanda 611 min uşaq sosial müavinət alır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yaydığı hesabatda bildirilib. 

Bildirilib ki, hazırda 18 yaşına çatmayan 50 min əliliyi olan uşaq, Ailə başçısını itirmiş 166 min uşaq, aztəminatlı (ünvanlı sosial yardım alan) ailələrdəki uşaqlar - 160 min uşaq, İşləyən valideynlər - 3 yaşadək uşaqlara qulluğa görə - 35 min uşaq, uşağın anadan olmasına görə birdəfəlik müavinət - 120 min uşaq, Şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olanların, 5-dən çox uşağı olan qadınların, müddətli hərbi xidmət qulluqçularının uşaqları və b. - 30 min uşaq, eləcə də, 18 yaşadək əlilliyi olan şəxslərə qulluq edənlər və valideyn himayəsindən məhrum uşaqların qəyyumları - 50 min şəxsə sosial ödənişlər ödənilir. 

Ümumilikdə bu ödənişlər üçün 650 milyon manat vəsait ayrılır. 

Noyabrın 17-də Milli Məclisin plenar iclasında deputat Vahid Əhmədov Əmək və Əhalinin Sosial  Müdafiə naziri Sahil Babyeva müraciət edərək bildirmişdi ki, ölkədə sosial müavinət edən uşaqların statistikası ilə bağlı açıqlama versin. Vahid Əhmədovla yanaşı bir neçə deputat ölkədə uşaq pulunun yenidən bərpa olunmasını təklif edib. 

Deputat Zahid Oruc təklif edib ki, uşaq pulunun yenidən bərpa olunması Qarabağa Qayıdış proqramı çərçivəsində başlamaq yaxşı olar.

Millət vəkili Fəzail Ağamalı isə təklif edib ki, sosial müavinətə ödənilən pul uşaq pulu adına transfer olsun.

Əmək və Əhalinin Sosial Müdafiə Naziri Sahil Babayev Parlamentin 2023-cü il büdcə müzakirəsi zamanı komitə iclasınlarının birində bildirib ki, hazırda Azərbaycanda 600 mindən çox uşağa nazirlik tərəfindən sosial müavinətlər ödənilir. 

Gülnar Nazimqızı 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol