• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı-Sumqayıt yolunda yenə xaos

Bakı-Sumqayıt yolunda yenə xaos
09.04.2014 11:02
Xırdalan dairəsində sürücülər hərəkət istiqamətinin əksinə gediblər, sərnişinlər isə avtobuslardan düşərək piyada getməyə məcbur olubBu gün səhər saatlarından etibarən Bakı-Sumqayıt yolunda dəhşətli tıxac yaşanıb. Sumqayıtdan Bakı istiqamətində, Xırdalan qəbristanlığı ətrafında, Masazır yolunda, o cümlədən, Biləcəri qəsəbəsindən, Avtovağzala gedən yolda, eləcə də, “20 Yanvar” istiqamətində avtomobillərin hərəkəti demək olar ki, dayanıb.Xırdalan dairəsində sürücülər hərəkət istiqamətinin əksinə gediblər. Sərnişinlər isə avtobuslardan düşərək piyada getməyə məcbur olub.Bir tərəfdən avtomobillərin havaya buraxdığı zəhərli tüstü, bir tərəfdən sürücülərin səsgücləndirici siqnallardan istifadə etməsi böyük gərginlik yaratmışdı. Yol polisləri də yaranmış dəhşətli mənzərənin əlində aciz qalmışdı. Çünki avtomobillərin çoxluğu ilə yanaşı yollarda gedən təmir-tikinti işləri, eləcə də, səriştəsiz sürücülərin hərəkətləri yolun bağlanmasına səbəb olmuşdu.Məsələ ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin ANS PRESS-ə açıqlamasında Bakı-Sumqayıt yolunda həmişə tıxac olduğunu etiraf edib.“Onsuz da həmin ərazidə həmişə avtomobil sıxlığı müşahidə olunur. Lakin bu gün həmin istiqamətdə tıxac olması barədə məlumat yoxdur. Bəlkə hansısa avtomobil xarab olub, yaxud da, qəza baş verib. Bu üzdən həmin yolda daha çox sıxlıq olub”, - deyə K.Əliyev vurğulayıb. ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol