• $
  • €
  • ₽
  • ₺
  • £

65 yaşa kimi vəfat edənlərin pensiyası ailəsinə veriləcək? - VİDEO

65 yaşa kimi vəfat edənlərin  pensiyası ailəsinə veriləcək? - VİDEO
25.11.2022 18:21
65 yaşa kimi vəfat edən şəxslərin sosial siğorta fonduna  köçürdükləri vəsait onların ailə üzvlərinə verilməlidir. Bunu millət vəkili Fazil Mustafa bildirib.
 
"Azərbaycanda pensiya yaşının azaldılması tələbini qoyanda bizi populizmdə qınayırlar.  Heç olmasa 65 yaşına çatmamış həyatdan köçən  şəxslərin sosial siğorta fondlarına köçürmələri onların ailə üzvlərinə verilməlidir. Nəzərə almalıyıq ki, bu adamların əksəriyyəti səhiyyə sistemimizin bərbad olması səbəbindən dünyasını dəyişir. Deməli bunların yaşadıqları müddətdə etdiyi köçürmələr məntiqlə ailə üzvlərinə verilə bilər",  -  millət vəkili bildirib. 
 
O həmçinin söyləyib ki, 2023-cü ilin proqnozuna görə, Sosial Müdafiə fonduna daxilolmalar 6,26 milyard manat təşkil edəcək. Bunun da 1,7 milyard manatı  büdcə təşkilatlarında işləyənlərin siğorta  haqqlarına, 1,4 milyard manatı büdcə transferlərinə, 1,2 milyard manatı isə publik şəxslərdən köçürmələrin  payına düşür. 
 
"Bu statistikadan belə görünür ki, Sosial Müdafiə Fondu əsasən dövlət büdcəsi hesabına formalaşır.  Bir tərəfdən biz deyirik ki, özəl sektorun iqtisadiyyatda payı  75-80%-i üstələyir. Sosial sığorta fonduna olan köçürmələr isə bunun əksini sübut edir", -  millət vəkili əlavə edib. 
 

 
Gülnar Nazimqızı

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol