Quba yolunda qəza törədən "TIR" sürücüsü saxlanıldı - RƏSMİ

Bakı-Quba yolunda qəza törədən "TIR"ın sürücüsü, 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlu saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.
"Şəxs saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub. İstintaq hərəkətləri aparılır", - DİN rəsmisi bildirib.
Qəzada yaralanan "TIR"ın sürücüsü, 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlu Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilmişdi. TƏBİB-dən bildirilir ki, Elçin Atayev bu gün ambulator müalicə üçün evə buraxılıb.
www.anews.az
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.
"Şəxs saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub. İstintaq hərəkətləri aparılır", - DİN rəsmisi bildirib.
Dekabrın 15-də Bakı-Quba yolunda mikroavtobusla "TIR" toqquşub. Hadisə nəticəsində 6 nəfər - 1976-ci il təvəllüdlü Məmmədov Kamran Məmmədşah oğlu, 1976-ci il təvəllüdlü Məmmədov Kamran Məmmədşah oğlu, 1979-cu il təvəllüdlü Balakişiyev Akif Yusif oğlu, 1980-ci il təvəllüdlü Musayev Vüqar Tərxan oğlu, 1982-ci il təvəllüdlü Əhmədov Elməddin Osman oğlu, 1992-ci il təvəllüdlü Emin Ramiz oğlu Quliyev həlak olub.
www.anews.az
Son xəbərlər 
Daha çox 























