Kukla Teatrında yoxlamalar dayandırılıb - RƏSMİ

Azərbaycan Dövlət Kukla Teatrında yoxlama davam etdirilmir. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, teatrda yoxlama davam etdirilmir və yenidən hər hansı bir yoxlamanın aparılması nəzərdə tutulmayıb.
Mədəniyyət Nazirliyi ötən il noyabrın 21-də Kukla Teatrında yoxlamalara başlamışdı. Bununla bağlı əmri həmin dövrdə mədəniyyət naziri olan Anar Kərimov imzalamışdı.
www.anews.az
Son xəbərlər 
Daha çox 























