• $
  • €
  • ₽
  • ₺
  • £

Maaş və pensiya artımı bahalaşmanı sürətləndirəcək

Maaş və pensiya artımı bahalaşmanı sürətləndirəcək
07.01.2023 10:36
Artıq uzun müddətdir ki, qlobal bahalaşma adı altında Azərbaycanda ərzaq qiymətləri yüksələn xətt üzrə "inkişaf” edir. Bəzi məhsullar 50, 100 faiz bahalaşarkən, bəzilərinin qiyməti dəfələrlə artıb. Maaş və pensiya artımından sonra isə bahalaşmanın daha da sürətlənəcəyi istisna edilmir.
 
Məsələ ilə bağlı danışan iqtisadçı Eldəniz Əmirov bildirib ki, Prezidentin imzaladığı sərəncama əsasən minimum əmək pensiyasının minimum məbləğinin artım faizi minimum əməkhaqqının artım faizindən daha yuxarı nəzərdə tutulub.

2022-ci ilin əvvəlində  300 manata qaldırılan minimum əməkhaqqı 345 manat olacaq:
 
"Bu isə 15 faiz artım deməkdir. Əmək pensiyasının 280 manata çatdırılması üçün aidiyyatı qurumlardan təklflər istənilir. Böyük ehtimalla bu təkliflər dəstəklənəcək. Bu zaman artıq əmək pensiyasının məbləği 16,6 faiz artmış olacaq. 2022-ci ildə isə əmək pensiyası və orta aylıq əməkhaqqı eyni səviyyədə 20 faiz artırılmışdı.  Hazırda pensiyanın artım faizi daha artıqdır”.
 
Bu artımlar eyni zamanda bazar qiymətlərinə təsir edəcək:
 
"Bazarlarda qiymət artımının olacağı gözlənilir. Dövriyyədə pul kütləsinin artması qiymətlərin bahalaşmasına, infliyasiyanın yüksəlməsinə səbəb olur. Ancaq minimum əməkhaqqının artırılması ilə əlaqədar vəsait  nə qədər ciddi pul artımları yaradacaq bu sual altındadır. Azərbaycanda təsərrüfat obyektlərinin sui-istifadə hallarına meyilli olması əməkhaqqının və ya pensiyanın miqdarının artırılması xəbəri ilə paralel olaraq dərhal bazarlarda qiymətin qalxacağını müzakirə edirik.  Müəyyən qədər bahalaşma olacaq. Ancaq bunun ciddi  fəsad yaradacağını düşünmürəm. Çünki əməkhaqqının və pensiyanın məbləğinin artması zərurətdən doğurdu”.
 
Prezident İlham Əliyev "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamla 2023-cü il yanvarın 1-dən minimum aylıq əməkhaqqının məbləği 15 faiz artırılaraq 300 manatdan 345 manata, minimum pensiya məbləği isə 16,7 faiz artırılaraq 240 manatdan 280 manata yüksəldilib. (modern.az)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol