• $
  • €
  • ₽
  • ₺
  • £

AQTA son üç ayda satışdan kənarlaşdırdığı məhsulların həcmini açıqlayıb

AQTA son üç ayda satışdan kənarlaşdırdığı məhsulların həcmini açıqlayıb
31.01.2023 12:02
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində satış şəbəkələrində məhsulların qida təhlükəsizliyi sahəsində tələblərə uyğunluğunun müəyyən edilməsi məqsədilə 2022-ci il 1 noyabr - 2023-cü il 19 yanvar tarixlərində, ümumilikdə 1 584 ticarət və 662 ictimai iaşə müəssisəsində monitorinq həyata keçirib.


AQTA-dan verilən məlumata görə, monitorinq zamanı 61 ticarət və 20 ictimai iaşə müəssisəsində mənşəyi məlum olmayan, minimum keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiq edən müşayiətedici sənədləri olmayan 468.86 kq qatıq, 39 litr süd, 170.115 kq pendir, 7 kq şor, 1 kq süzmə, 1006 kq müxtəlif növ turşu, 226.5 kq müxtəlif növ mürəbbə, 40.3 kq üzüm tənəyi, 24 kq yağ, 14 litr nar şirəsi, 20 kq düşbərə, 3.85 kq marinə edilmiş mal əti, 10 kq şirniyyat, 4 litr şərab, 2 litr kompot, 5 ticarət müəssisəsində isə əsas qablaşdırmanın üzərində etiketlənmə təmin olunsa da, satış vitrinində çəki ilə satılan məhsulların üzərində istehsal, son istifadə tarixi və s. məlumatları olmayan 67.4 kq pendir məhsulu aşkarlanıb.


Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq həmin məhsullar satışdan kənarlaşdırılaraq müəsissə rəhbərlərinə icrası məcburi göstərişlər verilib.

Naməlum şəraitdə, sanitariya-gigiyena norma və qaydalarına riayət etmədən qidaların hazırlanması insanların sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. "Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən, istehsal və emal zamanı qida məhsullarının təhlükəsizliyi sahəsində müəyyən edilmiş tələblərə cavab verən qida xammalından, ilkin istehsal məhsullarından, inqrediyentlərdən və qeydiyyatdan keçmiş qida və yem əlavələrindən istifadə olunmalıdır.


Qanunvericiliyin bu tələbləri sahibkarlıq fəaliyyəti ilə məşğul olan bütün subyektlər, o cümlədən kiçik və mikro sahibkarlar üçün məcburidir. İstehsal və ya emal olunan qida məhsullarının qanunvericiliyin tələblərinə uyğunlaşdırılması təmin edilməlidir. Bununla əlaqədar ticarət şəbəkələrinin rəhbərlərinə müvafiq qanunvericiliyə uyğun olaraq, satışa yalnız sənaye üsulu ilə, qida təhlükəsizliyi qeydiyyatından keçmiş müəssisələrdə hazırlanmış və müvafiq müşayiətedici sənədləri olan qida məhsullarının çıxarılması barədə xəbərdarlıq məktubları ünvanlanıb.


AQTA istehlakçıları bir daha ölkədə qida təhlükəsizliyi qeydiyyatından keçməyən müəssisələr tərəfindən istehsal olunan və qida təhlükəsizliyi sertifikatı olmadan idxal edilən məhsulları əldə etməməyə, habelə məhsulun etiketində qanunvericiliklə nəzərdə tutulmuş məlumatların, xüsusilə də məhsulun adı və tərkibi, istehsal və son istifadə tarixi, istehsalçı müəssisənin adının qeyd olunmasına diqqət yetirməyə çağırır. Bu istiqamətdə qarşılaşdıqları neqativ hallarla bağlı "1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol