• $
  • €
  • ₽
  • ₺
  • £

Suraxanıda narkotik əməliyyatı - 60 nəfər saxlanıldı

Suraxanıda narkotik əməliyyatı - 60 nəfər saxlanıldı
14.02.2023 19:00
Suraxanı rayonunda bu ilin əvvəlindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 60 nəfər saxlanılıb.
 
DİN-dən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Hövsan, Yeni Günəşli, Yeni Suraxanı və Əmircan qəsəbələrində keçirilən əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul olan 8 nəfər – Bəhruz Cabbarov, Ehtibar Əhədov, Qadir Dadaşov, Mikayıl Süleymanov, Feyzulla Əliyev, Bəxtiyar Məlikov, Ramin Quliyev və Fuad Qafarov saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 13 kiloqramdan çox heroin, marixuana və metamfetamin aşkar edilib.
Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları əsasən İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Ümimilikdə isə Suraxanı rayonunun inzibati ərazisində ilin əvvəlindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 60 nəfər saxlanılıb. Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb. Suraxanı rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol