• $
  • €
  • ₽
  • ₺
  • £

DSX-dən Talıbovun İrana torpaq "hədiyyə" etməsi iddiasına - Reaksiya

DSX-dən Talıbovun İrana torpaq "hədiyyə" etməsi iddiasına - Reaksiya
14.02.2023 16:36
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun Muxtar Respublikaya rəhbərlik etdiyi vaxtlarda Şərur rayonunun Ərəbyengicə kəndi ərazisində Araz çayının yatağının dəyişdirilərək 30 hektar torpaq sahəsinin İrana "hədiyyə" edildiyi iddia olunur.

 Dövlət Sərhəd Xidmətindən Toplum TV-yə verilən məlumatda Ərəbyengicədəki problem dolayısı ilə təsdiqlənib. Ancaq bu torpağın verilməsi kimi yox, təbiət hadisəsi kimi qələmə verilib, yəni çayın yataqdan çıxdığı deyilib.

DSX-nın şöbə rəisi Aftandil Abbasov bildirib ki, Araz çayının əsl yatağına qaytarılması məqsədilə 2016-cı ildən başlayaraq hər iki tərəfdən dövlət qurumlarının mütəxəssisləri çoxsaylı görüşlər keçiriblər. Əldə edilmiş razılaşmalara uyğun olaraq 2020-ci ildə müvafiq məcranizamlama və sahilbərkitmə işlərinə başlanılıb. Hazırda bu işlər davam etdirilir.

Aftandil Abbasovun sözlərinə görə, Azərbaycanla İran arasında dövlət sərhəd xətti və sərhəd rejimi SSRİ və İran arasında 1954-cü il tarixli "Sərhəd və maliyyə məsələləri üzrə Sazişə” və ona əlavə edilmiş 1957-ci il sərhəd xəttinin təyin olunması və yenilənməsinə dair sənədlərə və xəritələrə, eləcə də 14 may 1957-ci il tarixli "Sərhədin rejimi və sərhəd münaqişələrinin və insidentlərinin tənzimlənməsi haqqında Müqavilə”yə əsasən müəyyən edilib.

DSX-dan deyilir ki, indi iki ölkə arasında dövlət sərhəd xətti qeyd edilən sənədlərə tam uyğundur və sərhəd xəttinin keçmə yerlərində hər hansı bir dəyişiklik yoxdur.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol