• $
  • €
  • ₽
  • ₺
  • £

Nənəmin evi qarət olunub, polis şikayətimizi araşdırmır - Jurnalist Günel Yaz

Nənəmin evi qarət olunub, polis şikayətimizi araşdırmır - Jurnalist Günel Yaz
22.02.2023 16:18
Türkmedia.az saytının təsisçisi jurnalist Günel Yaz nənəsinin evinin qarət edilməsi ilə bağlı şikayət etsə də, şikayətinə Xırdalan Şəhər Polis İdarəsi tərəfindən baxılmadığını bildirib. Bu barədə o facebook hesabında yazıb.

O bildirir ki, 2022-ci ilin oktyabrın 26-da Xırdalanda yaşayan 70 yaşlı nənəsinin evində usta işləyən Elman adlı şəxs 30 min manat məbləğində şəxsi pul və ziynət əşyalarını qarət edib.
 
"Bu iddia deyil, əsaslı sübutlar aidiyyatı orqanlarda var. Qarət hadisəsindən 2 gün sonra Xırdalan Şəhər Polis İdarəsinə şikayət ərizəsi ilə nənəm müraciət edib. Qanunla icra edilməsi şərt olan heç bir addım rəsmi orqanlar tərəfindən təəssüf ki həyata keçirilməyib. Bir halda ki, şikayət ərizəsindən sonra oğurluq olunan mənzilə mütləq şəkildə baxış keçirilməli idi. Təəssüf ki bu baş vermədi. Daha sonra cənab Nazir Vilayət Eyvazova bu səhlənkarlıqlarla bağlı rəsmi məktub ünvanladım. Bu məktubdan sonra DİN-dən dəfələrlə zəng gəlməsinə baxmayaraq dəyişən heç nə olmadı. İndi sual verirəm sizə kimdir günahkar? Yaşlı nənəm yoxsa kimliyi və ünvanı məlum olan oğrunu tapmayan sistem?!",- əlavə edib.
 
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev anews.az-a  açıqlamasında bildirib ki, hazırda məsələ araşdırılır. İctimaiyyətə məlumat veriləcək.
 
Aytac Zeynalova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol