• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metrosunda retro vaqonlar nümayiş etdirilir

Bakı metrosunda retro vaqonlar nümayiş etdirilir
19.03.2023 15:50
Bakı metropoliteninin əsas muzey eksponatlarından olan retro vaqonlar Novruz bayramı münasibətilə "İçərişəhər” stansiyasında nümayiş etdirilir.

Bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Vaqonlar mart ayının 22-si axşam saatlarına qədər nümayiş olunacaq.

Bu sərginin unikallığı nümayiş etdirilən qatar tərkibinə daxil olan vaqonlardan birinin keçmiş SSRİ-nin "A” tipli ilk metro vaqonu olmasıdır.
1934-cü ilin sonunda istehsal olunmuş vaqon həmin dövrə xas görkəmi ilə seçilir. 1935-ci ildə Moskva metropoliteni açılarkən, Sovet dövlətinin rəhbərlərinin iştirakı ilə hərəkətə gələn ilk sərnişin qatarının tərkib hissəsi olması da vaqonun daha bir özəlliyidir. 1950-ci illərin istehsalı "Q” tipli metro vaqonu da Bakıda sərnişin daşımayıb. Bu iki vaqon 1960-cı illərin sonunda yolların diaqnostikasını aparmaq üçün Bakı metropoliteninə ayrılıb. 2015-ci ildə unikal layihə əsasında diaqnostika kompleksi istifadəyə verildikdən sonra bu vaqonlar xüsusi günlərdə nümayiş olunan muzey eksponatına çevrilib.

Stansiyada nümayiş olunan "E” tipli digər metro vaqonu isə 1959-cu ilin sonlarından başlayaraq istehsal olunub. Bakıda metro açılanda "E” tipli 47 ədəd vaqon çatdırılıb. 1980-ci illərdən isə xəttə buraxılmaq üçün yalnız 81-717/714 tipli vaqonlardan ibarət qatarlar alınıb.

"Bakı Metropoliteni"ndən həmçinin bildirilib ki, gün ərzində metronun 4 stansiyasında ("İçərişəhər”, "Sahil”, "28 May” və "Elmlər Akademiyası”) Azərbaycan və dünya musiqisindən nümunələr əsasında hər biri 45 dəqiqə olmaqla konsert proqramları təşkil edilib.

Günün əsas proqramı Bahar qızının müşayiəti ilə Keçəl və Kosanın səhnəcikləri olub. Onlar, eləcə də sirk ustaları və sehrbaz azyaşlı sərnişinlərlə əyləncəli vaxt keçiriblər. Uşaqlara müxtəlif fiqurlu şarlar hədiyyə edilib, nəhəng oyuncaqlar onların ovqatını daha da yüksəldib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol