• $
  • €
  • ₽
  • ₺
  • £

Fazil Mustafanın bu günlərdə evə buraxılması gözlənilir

Fazil Mustafanın bu günlərdə evə buraxılması gözlənilir
03.04.2023 15:49
Fazil Mustafanın səhhəti yaxşılaşıb və bu günlərdə onun evə buraxılması gözlənilir. Bunu anews.az-a açıqlamasında deputatın köməkçisi Əjdər Əliyev deyib.
 
"Fazil bəyin sağalması prosesi normal gedir,yaxşıdır. Yaxın günlərdə xəstəxanadan çıxması gözlənilir", - millət vəkilinin köməkçisi deyib.
 
Martın 28-də millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd təşkil olunub. Nəticədə atılan 7 güllədən ikisi deputata dəyib. Deputat iki əməliyyat keçirib. 
 
Dövlət Təhükəsizlik Xidməti baş verən hadisəsini terror aktı kimi qiymətləndirib və hadisəni törədən şəxsə  cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
 
Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev yerli mətbuata açıqlamasında bildirib ki, hazırda şübhəli qismində 4 nəfər saxlanılıb. Yerli mətbuatda isə 6 nəfərin saxlanmasını xəbərləri yazılıb. Bəzi yerli KİV-də saxlanılan şəxslərin adları və fotoları da yayımlanıb. Rəsmi qurumlar hələlik bununla bağlı hər hansı bir açıqlama verməyiblər. 
 
Hazırda deputatın yaşadığı ev hüquq-mühafizə orqanları tərəfindən qorunur. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol