Bakı, Sumqayıt və Abşeron üzrə aprel pensiyaları ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə aprelin pensiyaları ödənilib.
Nazirlikdən verilən xəbərə görə, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
www.anews.az
Son xəbərlər 
Daha çox 























